Sərxoş sürücülərə qarşı cəzalar sərtləşsə...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əgər sərxoş sürücülərə qarşı cəzalar sərtləşərsə, bu, müəyyən qədər müsbət nəticə verəcək, bəzi sürücülər, həqiqətən də, sərxoş halda sükan arxasına oturmaqdan çəkinəcək. Bu isə eyni zamanda, yol qəzalarının azalmasına gətirib çıxaracaq.
Bunu Milli.Az-a açıqlamasında yol-nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov avtomobilin sərxoş halda idarə olunmasına dair cərimələrin artırılması məqsədilə qanunvericiliyə edilməsi gözlənilən dəyişikləri şərh edərkən deyib.
Bununla yanaşı ekspert qeyd edib ki, o, heç də hər zaman cəza sanksiyalarının artırılması tərəfdarı deyil, çünki bu, bəzi hallarda digər problemlər doğurur: "Cəmiyyətimizdə belə bir yanaşma var ki, əgər hər hansı problem həll olunmursa, istər maarifləndirmə, istərsə də digər tədbirlər bunun qarşısını almırsa və onun miqyası böyüyürsə, o zaman həmin problemi yaradanlara qarşı daha sərt cəzaların tətbiq edilməsi fikri ortaya çıxır. Hazırda sərxoş sürücülərlə bağlı olan məsələ də məhz həmin sosial problemlərdən biridir. Əgər indi Azərbaycanda belə bir təklif irəli sürülübsə, görünür ki, bu, problemin miqyasının böyüməsi və ağır nəticələrə gətirib çıxarması, onun aktual olması səbəbindən ortaya çıxıb".
A.Allahverənov hesab edir ki, bu məsələdə müsbət nəticələr əldə etmək üçün beynəlxalq təcrübədən də istifadə etmək olar: "Cəzaların sərtləşdirilməsi ilə yanaşı, paralel olaraq maarifləndirmə işlərinin də aparılmasına, eyni zamanda müsbət beynəlxalq təcrübələrin, sistemlərin tətbiqinə ehtiyac var. O zaman daha çox müsbət nəticələr əldə etmək mümkün olar. Məsələn, bəzi ölkələrdə artıq yeni növ nəqliyyat vasitələri istehsal olunur. Əgər sürücü sərxoşdursa, o, nəqliyyat vasitəsini işə salmaq istəyəndə avtomobildə sistem avtomatik olaraq mühərriki bloklayır və avtomobili hərəkət gətirmək mümkün olmur. Bu da çıxış yollarından biridir".
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 152-1.1-ci maddəsinə edilməsi nəzərdə tutulan dəyişikliyə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 400 manat cərimə və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılma tətbiq ediləcək. Mövcud qanunvericiliyə görə, sərxoş sürücülər 300 manat cərimə olunur və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
Xatırladaq ki, 2015-ci ilin 11 ayı ərzində ölkə yollarında 2033 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 816 nəfər dünyasını dəyişib, 2069 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı baş vermiş 48 qəzada isə 24 nəfər ölüb, 61 nəfər yaralanıb.
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyranbatanda 8 şagird zəhərləndi
-
Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - (Foto)
-
Ərinin ölümünə görə Kliniki Tibbi Mərkəz və “Avropa Beynəlxalq Hospital”dan təzminat aldı
-
Siyəzəndə faciə: 11-ci sinif şagirdi motosikletlə evə çırpıldı
-
İlham Zəkiyev: “Gözlərim açılanda ilk övladlarımı görmək istərdim” (Video)
-
Məktəbdə jurnalistlərə hücumla bağlı cinayət işi başlandı
XƏBƏR LENTİ
-
Ceyranbatanda 8 şagird zəhərləndi
-
Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib
-
Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - (Foto)
-
Ərinin ölümünə görə Kliniki Tibbi Mərkəz və “Avropa Beynəlxalq Hospital”dan təzminat aldı
-
Ukraynada rusdilli mahnılar qadağan edilə bilər
-
Türkiyənin XİN rəhbəri ABŞ-a səfər edəcək
-
Siyəzəndə faciə: 11-ci sinif şagirdi motosikletlə evə çırpıldı
-
İrəvandan havaya qalxan təyyarə təhlükə siqnalı verdi
-
İlham Zəkiyev: “Gözlərim açılanda ilk övladlarımı görmək istərdim” (Video)
-
Məktəbdə jurnalistlərə hücumla bağlı cinayət işi başlandı
-
Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik - Paşinyan
-
Bakıda idmançı məşq zamanı öldü
-
Bakıda dünya ulduzlarının iştirakı ilə Baku International Arts Festival 2026 festivalının açılışı olub - (Foto)
-
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə yekun vurulub - (Foto)
-
Kamavinqa Türkiyə millisinin formasında – (Foto)
-
Zenfira İbrahimovadan Ofelyaya sərt cavab: “Pul verib çıxdığı üçün...” (Video)
-
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb - (Foto)
-
İspaniyada qəza iğtişaşlara səbəb oldu - Baş nazirin istefası tələb olunur
-
Milli və mənəvi dəyərlərin vəhdəti: Azərbaycançılıq ideologiyası
-
Qurban Qurbanov “Fənərbağça”ya gedə bilər?
-
AQC-də yeni kadr təyinatları olub
-
Bakıda supermarket müdirinin 100 minlik fırıldağı - Çipsilərə görə həbs edildi
-
Məşhur xanəndə anasının xəstəliyindən danışıb ağladı: "Yeriyə bilmir" (Video)





