6.6 milyardlıq borcumuzu kim ödəyəcək? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2015-ci il iyulun 1-dək Azərbaycanın istifadə edilmiş kreditlər üzrə xarici dövlət borcunun ümumi məbləği 6,6 milyard ABŞ dollarına çatıb.
Milli.Az anspress-ə istinadən xəbər verir ki, Azərbaycanın Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq və regional təşkilatlardan götürdüyü borc infrastruktur layihələrinə xərclənir. Buraya yol tikintisi, regionlarda su təchizatının yaxşılaşdırılması, dəmiryol nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi və s. sahələr aiddir.
Borc yükünün artmasına dolların bahalaşması da təsir edib. Eyni zamanda bu artan dinamika neft və büdcə gəlirlərinin azalan dövrünə təsadüf edir. Maliyyə Nazirliyinin məlumatında bildirilib ki, xarici dövlət borcunun 7,0 faizi 10 ilədək olan müddətdə, 59,7 faizi 10 ildən 20 ilədək olan müddətdə, 33,3 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Xarici borcların ÜDM-yə (Ümumi Daxili Məhsul) nisbəti az olduğundan yaxın 3-5 ildə Azərbaycanda borcların qaytarılması ilə bağlı çətinlik gözlənilmir. Lakin uzunmüddətli bir dövrdə bu təhlükə yarana bilər.
İqtisadçı Kənan Aslanlının sözlərinə görə, bu, ilk növbədə ölkənin kredit reytinqinin aşağı düşməsinə, ölkəyə xüsusilə xarici mənbələrdən yeni maliyyə vəsaitlərini cəlb etməkdə çətinliklərin yaranmasına gətirib çıxaracaq. "Hətta yeni vəsaitlər cəlb olunsa belə bu, daha yüksək faizlərlə mümkün olacaq".
Maliyyə naziri Samir Şərifov da dövlət televizyasına müsahibəsində bununla bağlı xəbərdarlıq edib. "Neftin ucuzlaşmasına baxmayaraq, dünyanın üç aparıcı beynəlxalq reytinq agentliyi olan "Standard&Poors", "Fitch" və "Moodys" Azərbaycanın beynəlxalq kredit reytinqini əvvəlki, yəni "B-" səviyyəsində saxlayıb. Lakin danılmaz faktdır ki, neft ucuzlaşır və təbii olaraq bu hal bizim gəlirlərimizə təsir edir. Bununla yanaşı, geosiyasi gərginlik müşahidə olunmaqdadır ki, bu iki amil bizim reytinqimizə mənfi təsir edə biləcək amildir", - deyə nazir bildirib.
Eyni zamanda "Standard&Poor`s" beynəlxalq reytinq təşkilatı Azərbaycanı bank sistemində risk səviyyəsi bölgüsündə 8-ci qrupa aid edib. Bu qiymətləndirmədə mövcud olan 10 qrup içərisində birinci yerdə ən aşağı risk səviyyəsi müşahidə edilən ölkələr yer alıb. Maliyyə nazirinin çıxışı isə ölkəmizin 9, hətta 10-cu qrupa qədər enə biləcəyindən xəbər verir.
Məhz bu səbəbdən Azərbaycan dövlət borclarının azalmasında maraqlıdır. Odur ki, neft və büdcə gəlirlərinin azalmasına baxmayaraq, gələn il dövlətin borclarının ödənilməsi xərcləri 60 faizdən çox artırılıb - 2016-cı ildə borcların ödənilməsinə 1 milyard 250 milyon manat ayrılıb. Bu, dövlət büdcəsi xərclərinin 7,7 faizi deməkdir və keçən illə müqayisədə 473,5 milyon manat daha çoxdur.
Həmin artım isə büdcədə bəzi digər xərclərin azalması hesabına mümkün olacaq. Məsələn, 2016-cı ilin dövlət büdcəsində bu illə müqayisədə elm xərcləri 12,5 faiz azalacaq. Bundan başqa, bəzi sahələrdə, xüsusilə sosial müdafiə və sosial təminat xərclərində 7 faizlik azalma var. Lakin bu, insanların əməkhaqqı və pensiya kimi xərclərinə aid deyil, azalma bəzi əlavə xərclərdə olacaq. Səhiyyə sahəsində isə 4 faizlik azalma nəzərdə tutulub.
Bununla belə, gələn il əsas maliyyə yükü olan azalma dövlət əsaslı vəsait qoyuluşu xərclərindədir (dövlət investisiya xərcləri). Bu sahədə azalma 48 faizdir (təxminən 3 milyard manat). İkinci əsas azalma isə büdcədə əsas bölmələrə aid edilməyən xidmətlər xərcində olacaq. Bu, təsnifatı verilməyən, müəyyən iqtisadi sahələrə yönəldilən xərclərdir. Bu sahədə təxminən 66 faiz azalma var. Çünki daha əvvəlki illərdə həmin xərclər bir növ rezerv kimi saxlanılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
“A.B.İ.” serialının ikinci mövsümünün yayım tarixi açıqlanıb
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
XƏBƏR LENTİ
-
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi
-
“Zelenski Bin Ladeni də geridə qoydu” - Mariya Zaxarova
-
Kiprdə gəmi qəzasında ölənlərin sayı artdı
-
Canni İnfantino 2027-ci il seçkilərində iştirak edəcək
-
Almaniya yenə müharibə istəyir
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər
-
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər etdi
-
“Tottenhem” 53 illik antirekordu təkrarladı
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
-
“A.B.İ.” serialının ikinci mövsümünün yayım tarixi açıqlanıb
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Almaniya dron və kiberhücumlara qarşı müdafiəni gücləndirir
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Vulkan püskürməsi İndoneziyada aviareysləri iflic etdi
-
Cəlilabad sakini Astarada faciəvi şəkildə öldü
-
Kabo-Verdedə faciə: Avtobus 30 metr hündürlükdən dərəyə yuvarlandı
-
Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı düşüb





