Ölkə

Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb - XİN

8 Oktyabr 2026 21:53
Baxış: 229
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Cəbrayıl rayonunda ata və oğlu mina partlayışı nəticəsində ağır xəsarət alıb.

Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, bununla da 2020-ci il müharibəsinin başa çatmasından sonra Azərbaycanda mina qurbanlarının sayı 443 nəfərə çatıb.

"Bu dəhşətli hadisə minaların yaratdığı ölümcül və ayrı-seçici təhlükəni bir daha nümayiş etdirir. Minalar hələ də günahsız insanların həyatına son qoyur və ağır xəsarətlərə səbəb olur. Azərbaycan mina təhlükəsinin davam etməsini qətiyyətlə pisləyir və ölkədə mina ilə mübarizə tədbirlərinə daha çox beynəlxalq diqqət ayrılmasına çağırır", - deyə qeyd olunub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.