Ölkə

Elxan Mütəllimova vəzifə verildi

25 Avqust 2026 19:44
Baxış: 374
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyində yeni təyinat olub.

Milli.Az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Bildirilib ki, Elxan Elman oğlu Mütəllimov Agentliyin Satınalmalar və təminat departamentinin müdiri vəzifəsinə təyin edilib.

E.Mütəllimov Azərbaycan Memarlıq və İnşaat Universitetində "Menecment" ixtisası üzrə bakalavr, Azərbaycan Kooperasiya Universitetində isə "Maliyyə bazarları" ixtisası üzrə magistr təhsili alıb.

O, əmək fəaliyyətinə 2015-ci ildə bank sektorunda başlayıb. E.Mütəllimov 2018-2022-ci illərdə özəl sektorda, 2022-2023-cü illərdə DOST Agentliyində, 2023-2026-cı illərdə isə Sosial Xidmətlər Agentliyində çalışıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.