MİQ imtahanlarının vaxtı açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə 14 iyuldan etibarən start verilməsi nəzərdə tutulub.
Milli.Az xəbər verir ki, bu barədə "Azərbaycan müəllimi"nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli məlumat verib.
O bildirib ki, ölkə üzrə 23 müxtəlif şəhərdə 56 müxtəlif imtahan mərkəzi hazır vəziyyətə gətirilib: "Bununla da 11 mindən artıq namizədin eyni vaxtda imtahan verməsinə şərait yaradılır. Ötən illərdə ibtidai sinif istisna olmaqla, digər bütün fənn və bölmələr üzrə imtahanlar eyni gündə və saatda təşkil olunurdu. Cari ildə bu imkanlar nəticəsində və imtahanda iştirak edəcək namizədlərin sayı nəzərə alınmaqla ibtidai sinif üzrə iştirakçılar da eyni gündə və saatda imtahan verə biləcəklər".
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə bu ildən etibarən ödənişli əsaslarla təşkil edilir. Ödənişin məbləği 60 manatdır.
Qanunvericiliyə uyğun olaraq, aşağıdakı kateqoriyalara aid namizədlər ödənişdən azaddırlar:
- müsabiqədə ilk dəfə iştirak edən namizədlər;
- şəhid ailəsinin üzvləri;
- müharibə veteranı adı almış şəxslər;
- əlilliyi olan şəxslər;
- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Azərbaycanda bunları ilk dəfə mən etmişəm" - Abbas Bağırov
-
Ceyran Qəhrəmanovaya vəzifə verildi
-
Burakın serialının anonsu silindi - (Foto)
-
Masallıda itkin düşən yeniyetmə polis tərəfindən tapılıb - Yenilənib - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
XƏBƏR LENTİ
-
Unitaza buz kubları atmağa başladılar - səbəb
-
"Azərbaycanda bunları ilk dəfə mən etmişəm" - Abbas Bağırov
-
Arıqlama iynələri tez qocaldır
-
Avropada ən ucuz ərzaq məhsulları haradadır?
-
“Sabah” “Vikinq”ə məğlub oldu - Çempionlar Liqası
-
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür - (Foto)
-
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
-
Oğrular evə girəndə ilk bu 5 yerə baxırlar
-
Günün qoroskopu: Dünyanızı alt-üst edəcək bir şey baş verəcək
-
Ceyran Qəhrəmanovaya vəzifə verildi
-
Çempionlar Liqası: “Fənərbaxça” “Liverpul”u məğlub edib
-
Burakın serialının anonsu silindi - (Foto)
-
Masallıda itkin düşən yeniyetmə polis tərəfindən tapılıb - Yenilənib - (Foto)
-
Vinisius göz yaşlarını saxlaya bilmədi
-
Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram - Rəcəb Tayyib Ərdoğan
-
Bir sıra sosial ödənişlərin məbləği artırılır - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
-
Qaradağda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
-
"Hürrəm" ilk dəfə Bakıda - (Video)
-
Qələmzər Tağıyevaya vəzifə verildi





