AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
29 aprel 2026-cı il, Bakı - AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yollarının (AZAL) təşəbbüsü ilə 25 və 29 aprel 2026-cı il tarixlərində Milli Aviasiya Akademiyasının (MAA) məzunlarından ibarət ümumilikdə 36 nəfərlik heyətixtisasartırma təlim proqramında iştirak etmək məqsədiləİspaniyanın Lleida şəhərinə yola salınıb. Proqramın məqsədi gənc məzunların peşə hazırlığının gücləndirilməsi və onların beynəlxalq standartlara uyğun ikinci pilot kimi yetişdirilməsidir.
Milli.Az xəbər verir ki, məzunlar Baltik Aviasiya Akademiyasının ("Baltic Aviation Academy") Lleida şəhərində fəaliyyət göstərən təlim mərkəzində 18 aylıq nəzəri və praktiki hazırlıq proqramına cəlb olunacaqlar. Proqramı uğurla başa vuran gənc pilotlar Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi ("EASA") tərəfindən verilən beynəlxalq sertifikat əldə edəcəklər.
Baltik Aviasiya Akademiyası Avropanın aparıcı aviasiya təlim mərkəzlərindən biri kimi pilot hazırlığı sahəsində beynəlxalq səviyyədə tanınır. Müasir tədris metodologiyası, qabaqcıl simulyator texnologiyaları və təcrübəli beynəlxalq təlimçi heyəti ilə seçilən akademiyada təhsil alan məzunlar dünyanın müxtəlif nüfuzlu aviaşirkətlərində pilot kimi fəaliyyət göstərirlər. Təlim iştirakçıları "EASA"nın standartlarına uyğun nəzəri və praktiki biliklər əldə edərək beynəlxalq aviasiya bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislər kimi formalaşırlar.
Təlimin növbəti mərhələsində məzunlar Litvada yerləşən təlim mərkəzində "Airbus A320" tipli təyyarə üzrə hazırlıq keçərək tip üzrə ixtisaslaşma ("type rating") sertifikatı əldə edəcəklər. Bütün mərhələləri uğurla tamamlayan pilotlar Azərbaycana qayıdaraq AZAL-da ikinci pilot kimi fəaliyyətə başlayacaqlar. Hazırda əlavə olaraq 25 pilot Qəbələdə yerləşən Uçuş Heyətinin Hazırlığı Mərkəzində, 65 pilot isə Türkiyədə yerləşən təlim mərkəzində hazırlıq proqramlarında iştirak edir.
MAA məzunları bu proqrama seçim mərhələsində Azərbaycana dəvət olunmuş beynəlxalq ekspertlər tərəfindən keçirilən "SkyTest" imtahanında iştirak edirlər. İmtahan namizədlərin psixoloji hazırlığını və motorik bacarıqlarını qiymətləndirməkməqsədi daşıyır, yekun seçim isə "SkyTest" ekspert rəyləriəsasında həyata keçirilir.
Qeyd edək ki, AZAL-ın uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq aviaşirkətin donanması dinamik şəkildə genişləndirilir. Bu proses çərçivəsində milli aviadaşıyıcı sərnişinlərə təhlükəsiz və komfortlu səyahət təcrübəsi təqdim etmək məqsədilə yerli pilot heyətinin sayının artırılmasına və onların beynəlxalq standartlara uyğun hazırlanmasına xüsusi önəm verir. 2032-cı ilədək AZAL-ın hazırda 25 təyyarədən ibarət donanmasının sayının 50 təyyarəyədək genişləndirilməsi, 280-ə yaxın olan pilot heyətinin sayının isə ən azı iki dəfə artırılması nəzərdə tutulur. Bu, aviaşirkətin dayanıqlı inkişafı və insan kapitalına yatırımlarının mühüm tərkib hissəsidir.
Yola düşən gənc pilotlarla bağlı videonu buradan izləyə bilərsiniz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Müəllimlər və şagirdlər müəllimi əsgər YOLA SALDILAR - VİDEO
-
Görüş üçün növbə dövrü bitdi - Yeni qaydalar
-
İmtahanlardan narazı olanların NƏZƏRİNƏ
-
Azərbaycanda bu tərəvəzin qiyməti kəskin UCUZLAŞDI
-
Mağazada bilmədən məhsul sındırdınsa, pul ödəməlisən? - QANUN
-
Pünhan bu dəfə modellə qırğına çıxdı: "Üzdəniraq, küçə qadını..." - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
Müəllimlər və şagirdlər müəllimi əsgər YOLA SALDILAR - VİDEO
-
Görüş üçün növbə dövrü bitdi - Yeni qaydalar
-
Böyük Britaniya və 9 Avropa ölkəsi yeni hərbi-dəniz birliyi yaradır
-
İmtahanlardan narazı olanların NƏZƏRİNƏ
-
Avropa nəhəngi Ferdi Kadıoğlunu İSTƏYİR
-
Azərbaycanda bu tərəvəzin qiyməti kəskin UCUZLAŞDI
-
Mağazada bilmədən məhsul sındırdınsa, pul ödəməlisən? - QANUN
-
ABŞ kosmonavtları bu tarixdə Aya enəcək
-
Pünhan bu dəfə modellə qırğına çıxdı: "Üzdəniraq, küçə qadını..." - VİDEO - FOTO
-
600 manat birdəfəlik müavinət kimlərə veriləcək? - SABAHDAN
-
Azərbaycanda buğda istehsalı artır, amma tələbat tam ödənmir - SƏBƏB
-
Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı
-
Okamponun video-etirafı: “Borrel mənim komandamın üzvüdü”, “Paşinyanı uzaqlaşdırmaq lazımdır” - FOTO
-
Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
-
Tramp Ukraynanın məğlubiyyətini elan etdi
-
Bakıda qohumlara edilən zəng banka baha başa GƏLDİ
-
Mayda iki gün işdən tez çıxacaqsınız - TARİXLƏR
-
Balaş Qasımov İTV-dən gedir? - Özü AÇIQLADI
-
“Çörək almağa da makiyajsız GETMƏRƏM”
-
“Neftçi” “Qarabağ”a qarşı
-
Mourinyo “Real” barədə seçimini AÇIQLADI
-
Hörmüz boğazını Tramp boğazı adlandırdı - FOTO
-
Ən gec uğur qazanan, amma ən güclü BÜRClər - Əsl gücləri illər sonra üzə çıxır
-
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər





