Ölkə

VTB (Azərbaycan) Müşfiqabadda ekoloji kampaniyada iştirak etdi

27 Aprel 2026 14:35
Baxış: 230
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

24 aprel tarixində VTB (Azərbaycan)-ın əməkdaşları genişmiqyaslı yaşıllaşdırma aksiyasına qoşularaq, Müşfiqabad qəsəbəsində 50 hektardan çox ərazidə ağac əkini həyata keçirdilər. Ölkənin maliyyə şirkətlərin və assosiasiyaların dəstəyi ilə ərazidə damla-suvarma sistemi qurulub.

Milli.Az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr olunan aksiya çərçivəsində bir milyon ağacın əkilməsi nəzərdə tutulub. Layihə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank və digər aparıcı maliyyə assosiasiyalarının iştirakı ilə reallaşdırılır.

Əməkdaşlıq 13 mart 2023-cü il tarixli "Anlaşma Memorandumu" əsasında təşkil olunub və VTB (Azərbaycan) onun icrasında fəal iştirak edərək ölkəmizdə ekologiyanın yaxşılaşdırılmasına və davamlı inkişafın təmin edilməsinə töhfə verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.