MTK-ların qaraj biznesi: 120.000 manata satılan yerlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycandakı Mənzil-Tikinti Kooperativləri (MTK) inşa etdikləri binalardakı mənzillərdən gəlir əldə edir. Onlar həmçinin binaların parkinq yerlərini icarəyə verərək əlavə vəsait qazanırlar.
Mövzunu Milli.Az-a şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, qiymət siyasəti kimin tərəfindən müəyyən edilməsindən asılı olmayaraq maliyyə əsaslandırmasına malik olmalı və bazara uyğun olmalıdır.
"Hər hansı Mənzil-Tikinti Kooperativinin (MTK) qiymətləndirmə prosesini sifariş etmədən, bazarı araşdırmadan özbaşına qiymət qoyması hüquqi və qanuni deyil. Bu, birbaşa qiymətləndirmə şirkətlərinin vəzifəsidir.
MTK-lar yalnız həmin qarajların qeyri-yaşayış sahəsi kimi sənədi olduqda qiymətləndiricilərə müraciət edib qiymət tətbiq edə bilərlər. Bu zaman MTK həmin yerləri satışa çıxara və icarəyə verə bilər. Əgər MTK-nın həmin sahələrə çıxarışı varsa, bu onun hüququdur. Əgər qaraj binanın ümumi mülkiyyətindədirsə MTK həmin qaraj yerləri üçün icarə qiyməti təqdim etmək hüququna malik deyil".
Sədr qeyd edib ki, əgər idarəetmə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) olarsa, qiymətlər yalnız ümumi qərara əsasən müəyyən olunmalıdır.
"Vətəndaşlar mənzil alarkən müqaviləyə diqqət etməlidirlər. Müqavilədə qeyd olunarsa ki, ərazidəki qarajlar ayrıca satılır, bu zaman MTK-ya qarşı heç bir iddia irəli sürmək olmaz. Əgər belə bənd yoxdursa, MTK-lar əlavə heç bir ödəniş tələb edə bilməz. Hazırda Bakı şəhərində bir avtomobil üçün qaraj yerinin minimum satış qiyməti əraziyə görə 7.000 manatdan başlayaraq 120.000 manat arasında dəyişir. İcarə qiymətləri isə aylıq 50-200 manatdır", - deyə o qeyd edib.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
-
Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik





