Ölkə

“Elçin Şamillinin yaradıcılığı və Azərbaycanda “Contemporary art” mənzərəsi” mövzusunda mühazirə keçirildi - FOTO

20 Fevral 2026 16:08
Baxış: 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Milli İncəsənət Muzeyində "Elçin Şamillinin yaradıcılığı və Azərbaycanda  "Contemporary art" mənzərəsi" mövzusunda mühazirə keçirilib.

Müzakirə formatında təşkil olunan tədbirdə Fəlsəfə üzrə fəlsəfə doktoru Teymur Daimi, Rəssam və incəsənət tədqiqatçısı Rafael Gülməmmədli, tarixçi Əkbər Nəcəf və Təlim Tələbə Təhsil Kredit Fondunun  Müəssisələri ilə İş Şöbəsinin sədr müavini Rüfət Tağızadə çıxış ediblər.  Çıxışlarda Elçin Şamillinin yaradıcılığında konseptual düşüncənin, mətn və vizual münasibətlərinin, fəlsəfi yanaşmanın əsas xətt təşkil etdiyi vurğulanıb, onun layihələrinin Azərbaycan müasir incəsənətində nəzəri baza formalaşdıran nümunələrdən olduğu qeyd edilib.

Müzakirə zamanı  həmçinin Azərbaycanda "Contemporary art" -ın hazırki vəziyyətinin təhlili, yerli müəlliflərin və layihələrin beynəlxalq müstəvidə imkanları, həmçinin bu sahənin gələcək inkişaf perspektivlərindən bəhs edilib.

Dinləyicilərin suallarının cavablandırılması ilə davam edən müzakirə iştirakçılara müasir incəsənət proseslərinə fərqli prizmadan baxmaq və bu sahədə formalaşan yeni tendensiyalar haqqında ümumi təsəvvür əldə etmək imkanı yaradıb.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.