Azərbaycan Milli İncəsənət Muzeyində "Elçin Şamillinin yaradıcılığı və Azərbaycanda "Contemporary art" mənzərəsi" mövzusunda mühazirə keçirilib.
Müzakirə formatında təşkil olunan tədbirdə Fəlsəfə üzrə fəlsəfə doktoru Teymur Daimi, Rəssam və incəsənət tədqiqatçısı Rafael Gülməmmədli, tarixçi Əkbər Nəcəf və Təlim Tələbə Təhsil Kredit Fondunun Müəssisələri ilə İş Şöbəsinin sədr müavini Rüfət Tağızadə çıxış ediblər. Çıxışlarda Elçin Şamillinin yaradıcılığında konseptual düşüncənin, mətn və vizual münasibətlərinin, fəlsəfi yanaşmanın əsas xətt təşkil etdiyi vurğulanıb, onun layihələrinin Azərbaycan müasir incəsənətində nəzəri baza formalaşdıran nümunələrdən olduğu qeyd edilib.
Müzakirə zamanı həmçinin Azərbaycanda "Contemporary art" -ın hazırki vəziyyətinin təhlili, yerli müəlliflərin və layihələrin beynəlxalq müstəvidə imkanları, həmçinin bu sahənin gələcək inkişaf perspektivlərindən bəhs edilib.
Dinləyicilərin suallarının cavablandırılması ilə davam edən müzakirə iştirakçılara müasir incəsənət proseslərinə fərqli prizmadan baxmaq və bu sahədə formalaşan yeni tendensiyalar haqqında ümumi təsəvvür əldə etmək imkanı yaradıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az