Ölkə

“Muzeydə musiqi” layihəsi çərçivəsində “Bir səs – bir nəfəs” adlı konsert keçirilib - FOTO

19 Fevral 2026 15:50
Baxış: 336
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə musiqi" layihəsi çərçivəsində "Bir səs - bir nəfəs" adlı konsert keçirilib.

Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri tərəfindən təşkil olunan konsertdə "Ukraynanın səsi" telelayihəsinin finalçısı Roman Qluşenko çıxış edib. Proqramın  bədii rəhbəri Əməkdar incəsənət xadimi, direktor, Birinci Qarabağ müharibəsinin veteranı Əlibala Rzayev olub. Konsertdə klassik musiqidən caz improvizasiyalarına uzanan zəngin musiqi proqramı təqdim olunub.

Diqqətçəkən əsas məqamlardan biri konsert proqramında Əlibala Rzayev tərəfindən tanınmış klassik və caz əsərlərinin yenidən aranjeman olunmuş interpretasiyasının səsləndirilməsi olub.

Konsert proqramı dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanaraq, tamaşaçılara xoş və yaddaqalan musiqi axşamı bəxş edib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.