Ölkə

Azərbaycanda bu mənzillər BAHALAŞDI

10 Yanvar 2026 14:14
Baxış: 1 685
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İpoteka predmeti olan daşınmaz əmlakın qiymətində ciddi artım müşahidə olunur.

Qiymətləndiricilər Cəmiyyətindən verilən məlumata görə hazırkı bazarda 200 min manat dəyərində daşınmaz əmlakın qiymətində son altı ayda beş-yeddi min manat arası artım müşahidə olunur. Qiymətlər isə mənzilin sahəsinə və yerləşdiyi yerin bazar dəyərinə uyğun olaraq hesablanır.

Milli.Az-ın məlumatına görə, Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov Xəzər TV-yə bildirib ki, bazarda müşahidə olunan qiymət artımına paralel olaraq əgər daşınmaz əmlak ipoteka şərtlərinə uyğundursa, qiyməti bir az da artır ki, buna da səbəb mənzilin təklif edilən qiymətə daha tez satılmasıdır.

Elnur Azadovun sözlərinə görə, bir və iki otaqlı mənzillərdə qiymət artımı daha çoxdur.

Ekspert bildirib ki, şəhər daxilində aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar olaraq bazarda tələbin təklifi üstələməsi də qiymət artımına səbəb olan amillərdən biridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.