"Avant Group" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.
Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az şirkətdən məlumat əldə edib.
Qeyd edək ki, şirkətin qanuni təmsilçisi Azər Hümbətov Fəxrəddin oğludur. Şirkət Bakı şəhəri Yasamal rayonu, Tbilisi pr, ev 49c, Çıraq Plaza Mərtəbə 5-də dövlət qeydiyyatına alınıb.
Hazırda "Avant" brendində olan iki MTK var: "Avant Luxe" və "Avant Nova".
Xatırladaq ki, "Avant Group" MTK 2012-ci ildə təsis edilmiş mənzil tikinti kooperatividir. Tikinti şirkəti ölkədə "Avant Park", "Avant Vista", "MoMA Liv", "Xətai Park" və "Almaz Park" kimi layihələri həyata keçirib.
Milli.Az





