"Antiinhisar" suya görə məcburi göstəriş verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (AİBNDA) su təchizatı sahəsində aparılan monitorinqlər zamanı Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələblərinin pozulduğunu müəyyən edib.
Milli.Az xəbər verir ki, bu səbəbdən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə birgə həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Regional Su Meliorasiya Xidməti" PHŞ-yə pozuntuların aradan qaldırılması barədə icrası məcburi göstəriş verilib.
AİBNDA təbii inhisar fəaliyyət sahələrində rəqabət normalarına əməl olunmasına nəzarət edir və bu istiqamətdə həm istehlakçıların, həm də təbii inhisar subyektlərinin maraqlarının balanslaşdırılmasına yönəlik tədbirlər görür.
Biləsuvar sakinlərinin müraciətləri əsasında aparılan araşdırmalar zamanı rayonda su təchizatının daha səmərəli və qanunvericiliyə tam uyğun şəkildə qurulması üçün əlavə mexanizmlərə ehtiyac olduğu aşkarlanıb. Nəticədə "Regional Su Meliorasiya Xidməti"nin xidmətinin Rəqabət Məcəlləsinə tam uyğunlaşdırılması məqsədilə iş qaldırılıb.
Araşdırma zamanı müəssisənin Biləsuvar rayonunda su təchizatı ilə bağlı bəzi inzibati və texniki prosesləri qanunvericiliyin tələblərinə uyğun şəkildə daha sistemli icra etməli olduğu müəyyən edilib. Qanun pozuntularının nəticələrinin aradan qaldırılması zəruri hesab olunub.
AİBNDA tərəfindən verilmiş məcburi göstərişə əsasən, "Regional Su Meliorasiya Xidməti" PHŞ ölkə üzrə, o cümlədən Biləsuvar rayonunda su təchizatını qanunvericiliyə uyğun təşkil etməli, su satışında təsdiq olunmuş tarifləri tətbiq etməli, istehlakçı hüquqlarının qorunmasını təmin etməlidir. Bundan əlavə, göstərilən xidmətlərin keyfiyyətinin normativ tələblərə uyğunlaşdırılması tapşırılıb.
Göstəriş çərçivəsində su təchizatının dayanıqlığının artırılması, abonentlərlə işin daha şəffaf təşkili, tariflərin düzgün tətbiqi və mövcud texniki infrastrukturun tədricən təkmilləşdirilməsi nəzərdə tutulur.
AİBNDA ilə ADSEA əməkdaşlığı davam etdirərək su təchizatı sisteminin daha keyfiyyətli və qanunvericiliyə uyğun şəkildə qurulması istiqamətində tədbirləri sürdürəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
XƏBƏR LENTİ
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Yağışlı havada bu qaydanı pozan sürücülər cərimələnir
-
Oktyabr 3 BÜRC üçün çətin keçəcək





