Ölkə

“İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun formalaşacağı mənbələr məlum olub

22 Sentyabr 2025 11:44
Baxış: 262
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondunun formalaşacağı mənbələr məlum olub.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma sahəsinin təkmilləşdirilməsi ilə bağlı Fərmanına həsr edilən brifinqdə bildirib.

"Avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi;
nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq. (Nazirlər Kabineti məbləği ilə bağlı təkliflərini 3 ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir)" - deyə sədr əlavə edib.

Mili.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.