Ölkə

Azərbaycana bu ölkədən ətlər gətirilir - Əhaliyə 13.50 AZN-dən satılır - FOTO

4 Avqust 2025 14:25
Baxış: 1 115
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sosial şəbəkələrdə - xüsusilə "TikTok" platformasında yayılan bir video izləyicilərin böyük marağına səbəb olub.

Milli.Az baku.ws-ə istnadən xəbər verir ki, kadrlarda iri bloklar şəklində kəsilmiş mal əti nümayiş etdirilir və  ətin kiloqramı cəmi 13 manat 50 qəpikə təklif olunur.

Məlumata görə, bu ətlər Ukraynadan gətirilir və yerli bazarda satılmaq üçün nəzərdə tutulub. Ətin zahirən təmiz və keyfiyyətli görünməsi diqqət çəkir, lakin qiymətin bazar dəyərindən xeyli aşağı olması sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə yol açıb.

Qeyd edək ki, hazırda ölkəmizdə:

Yerli quzu ətinin qiyməti: 20-22 manat,

Sümüklü mal əti: 15.50-16 manat,

Sümüksüz mal əti isə 17-18 manatdan başlayır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.