İran

Həmədanda hərbi vəziyyət elan olundu

31 Dekabr 2025 09:51
Baxış: 430
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Həmədan vilayətinin Əsədabad şəhərində repressiv qüvvələr insanlara atəş açıb.

Milli.Az "Azad İran"a istinadən xəbər verir ki, bölgədə hərbi vəziyyət elan olunub.

Məlumata görə, Həmədanın bəzi bölgələrində hökumət qüvvələri səsgücləndiricilərlə vəziyyətin normal olmadığını və hər kəsin mağazaları bağlayaraq evlərinə getməli olduğunu elan ediblər.

Qeyd edək ki, İranda etirazlar ölkə valyutasının kəskin dəyər itirməsi və sosial-iqtisadi vəziyyətin pisləşməsi fonunda baş verir. Bəzi ərazilərdə etirazlar iğtişaşlarla müşayiət olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.