Dünya

Bayram günü yaşayış binaları atəşə tutuldu, yaralananlar var - FOTO

31 Dekabr 2025 09:17
Baxış: 516
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya qoşunlarının gecə hücumu nəticəsində Ukraynanın Odessa şəhərində azı dörd nəfər xəsarət alıb. Zərbələrdən sonra evlər və avtomobillər yanıb.

Milli.Az-ın məlumatına görə, bu barədə "RBK-Ukraina" yerli rəsmilərə istinadən xəbər yayıb.

Şəhərin hərbi administrasiyasının rəhbəri Sergey Lısak iki rayonda çoxmərtəbəli binaların vurulduğunu və bir binada mənzil yanğınının baş verdiyini, nəticədə üçü uşaq da daxil olmaqla dörd nəfərin xəsarət aldığını qeyd edib.

"Zərərçəkənlərin hamısı tibb müəssisələrinə aparılıb və bütün zəruri yardımlar göstərilir", - o, teleqram kanalında yazıb.

Regional hərbi administrasiyanın rəhbəri Oleq Kiper fövqəladə xidmətlərin hadisə yerində işlədiyini bildirib.

"Zərər çəkmiş binaların sakinlərinə yardım göstərilir", - regional hərbi administrasiyanın rəhbəri əlavə edib. /"Report"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.