Ölkə

Sürücü sükan arxasında yuxuladı: qəza baş verdi - VİDEO

30 İyul 2025 14:50
Baxış: 1 077
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İyulun 28-də saat 14:44 radələrində Bakı-Qazax magistral yolunun 380-ci kilometrliyində sürücünün sükan arxasında yuxulaması səbəbindən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Milli.Az-a verilən xəbərə görə, ilkin araşdırmalar və sürücünün verdiyi məlumatlar əsasında müəyyən edilib ki, "Mercedes" markalı, "77-DH-906" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən H.Nəbiyev sükan arxasında yuxulaması səbəbindən idarəetməni itirərək avtomobili beton arakəsməyə çırpıb.

Bildirilib ki, baş vermiş bu qəza nəticəsində ölüm halının olmaması tamamilə təsadüfdür.

"Çünki belə qəzaların böyük əksəriyyəti bir çox hallarda ölüm və ya ağır xəsarətlə nəticələnir. Unutmaq olmaz ki, yol belə səhvləri bağışlamır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladır ki, uzunmüddətli fasiləsiz hərəkət və yuxululuq halları sükan arxasında həyati təhlükə yaradır.

Unutmayın: sükan arxasında bir anlıq yuxu geri dönüşü olmayan nəticələrə səbəb ola bilər", - deyə məlumatda qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.