Ölkə

Bakıda hənbəlilik məzhəbini yaymaq istədi - cəzalandırlıdı

21 İyul 2025 13:42
Baxış: 577
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyədən Azərbaycana hənbəlilik dini məzhəbinə dair qadağan olunmuş kitablar gətirən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Suraxanı rayon sakini 1982-ci il təvəllüdlü Zahir Xafisova Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma və ya bu əməlləri maliyyələşdirmə) maddəsi ilə iş açılıb. Cinayət işinin materialları baxılması üçün rayon məhkəməsinə göndərilib.

Araşdırmalarla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2023-cü il noyabrın 3-ü Azərbaycanı Türkiyə istiqamətində tərk edərək İstanbul şəhərinə gedib. Oradan dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və bunu əsaslandıran, belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini ekstremist materialları, yəni "Abdullah Yolcu. Ehl-i Sünnet vel-cemaate göre İman", "Müsned el-Kahtani. Küçük ve gizli şirk", "Tevhid risalesi", "Muhammed bin Abdulvahhab ve Need uleması. EdDürerüs-seniyye fil-ecvibetin-Necdiyye" adlı kitabları müxtəlif yollarla əldə etməklə noyabrın 7-si İstanbul-Bakı reysi ilə ölkəmizə gətirib.

O, Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evində həmin kitabları dini düşmənçilik və dini fanatizm zəminində saxlayıb. Qeyd edilən dini ekstremist məzmunlu kitablar 29 oktyabr 2024-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən evə keçirilən baxış zamanı aşkar edilərək götürülüb.

Həmfikirləri arasında "Abdulzahir" ləqəbi ilə tanınan şəxs ifadəsində bildirib ki, Türkiyəyə toyda iştirak etmək məqsədilə gedibmiş və kitabları da həmin vaxt alıb.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə o, qeyd edilən maddə ilə təqsirli bilinib və 9 min manat cərimə olunub.

Qeyd edək ki, hənbəlilik İslam dininin Əhli-Sünnə istiqamətində 4 əsas məzhəbdən biridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.