Ölkə

Azərbaycanda bu günlərdə işləməyən şəxslərə maaşları veriləcək - İşəgötürənlərin NƏZƏRİNƏ

16 İyul 2025 15:16
Baxış: 711
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Son günlər ölkənin bəzi ərazilərində isti hava şəraiti müşahidə olunur. Bəzi ərazilərdə havanın temperaturu 40 dərəcəyə qədər qalxıb. Milli Hidrometeorologiya Xidməti bəzi ərazilərdə iyulun 15-də durğun və qızmar diskomfort hava şəraiti barədə məlumat yayıb və havanın əhali üçün əlverişsiz olduğunu açıqlayıb. Qeyd edilib ki, günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil. Eyni zamanda bir neçə gün əvvəl Fövqəladə Hallar Nazirliyi də isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib və yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq insanları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırıb. Həmçinin nəzərə alaq ki, isti hava şəraitində açıq məkanlarda da müxtəlif tikinti, quraşdırma və s. işlər həyata keçirilir. Bu isə orada işləyən şəxslər üçün həyati təhlükəyə səbəb ola bilər.

Bəs isti hava şəraitində açıq məkanlarda iş yerləri hansı halda fəaliyyət göstərməyə bilər?

Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, işçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində işləyərkən onlara müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.

Qeyd olunub ki, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir: "İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Həmçinin, işəgötürən ilin isti vaxtlarında açıq havada və isti sexlərdə çalışan işçilərin istirahəti üçün otaqlar hazırlamalıdır".

DƏMX-dən o da bildirilib ki, istehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir: "Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur. İşlərin dayandırılması və fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.