Ölkə

Azərbaycanda körpələrə qoyulan qəribə adlar

8 İyul 2025 05:05
Baxış: 2 059
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Son altı ayda Azərbaycanda körpələrə qoyulan qəribə adlar açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu il oğlan uşaqlarına ən çox Uğur (802), qız uşaqlarına isə Zəhra (533) adı verilib.

Belə ki, bu ilin son altı ayında Koroğlu, Alaz adlarının hər biri iki uşağa, Əsğər adı dörd uşağa, Həkimə beş uşağa, Çilənay adı isə üç uşağa verilib.

Bununla bərabər, Dağlar, Alay, Ayala, Ayat, Bircəgül, Gülan, Dua, Həkim, Elis, Elissa, Elmidar, Ramon, Xədicat, Xilqət, Xosaxan, Qəribəli adlarının isə hər biri bir uşağa qoyulub.

Qeyd edək ki, Azərbaycanda ötən il isə uşaqlara Tovuz, Alan, Mayya, Kürsümxanım, Xansu, Almagül, Məhluqəzəhra, Səmərqənd, Tuncayə, Nənəş, Arazəli, Dağhan, Amine, Üseyd, Pavel, Sifayə, Siadə, Çigəli, Limanə, Zinhar, Zinharə adları da verilib. Bu isimlərin də hərəsi bir uşağa qoyulub.

Badam və Binəli adları iki uşağa, Tarif isə üç uşağa verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.