Ölkə

Bakıda DƏHŞƏT - yerdə uzanan piyadanın üzərindən maşın keçdi

12 İyun 2025 10:25
Baxış: 874
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində piyadavurma ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a hadisə şahidləri məlumat veriblər.

Bildirilib ki, VAZ-2106 markalı taksi sürücüsü piyadanı vurub və hadisə yerindən qaçıb.

Şahidlərin sözlərinə görə, piyada vəfat edib.

Onun kimliyi hələ ki məlum deyil.

Hadisə şahidlərinin verdiyi ilkin məlumata görə, vəfat edən şəxs Türkan Aqropark bağlarında mühafizəçi işləyirmiş. Onun yolu keçərkən içkili olduğu söylənilir. Piyada yerə uzanıb və avtomobil onu görməyərək üzərindən keçib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) piyadanın ölüm faktını təsdiqləyib:

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyunun 11-i saat 22:30-da Xəzər rayonu, Hövsan yolu ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub.

Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində bir nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.