Sabah Bakı və Abşeron yarımadasında hava şəraitin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə +20 dərəcədən +23 dərəcəyədək, gündüz +27 dərəcədən +32 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +18 dərəcədən +23 dərəcəyədək, gündüz +31 dərəcədən +36 dərəcəyədək, dağlarda gecə +8 dərəcədən +13 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək olacaq.
Milli.Az