Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü 100 manat artırılıb.
Trend xəbər verir ki, bu, Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında öz əksini tapıb.
Fərmana əsasən, 2025-ci il iyulun 1-dən təqaüdün məbləği "600 (altı yüz)" manatdan "700 (yeddi yüz)" manata artırılıb.
Milli.Az