Ölkə

İşə gedən müəllimlərin maşını aşdı - Ölən və xəsarət alanlar var - YENİLƏNİB - FOTO

11 İyun 2025 16:25
Baxış: 1 635
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

16:25

Hadisə nəticəsində Şahin Əmirov adına Dəllər Cırdaxan kənd orta məktəbinin 1994-cü il təvəllüdlü müəllimi Həqiqət İsmayılova hadisə yerində ölüb.

Avtomobildə olan digər müəllim Şəbnəm Hüseynova isə yaralanıb. Maşında olan 2021-ci il təvəllüdlü azyaşlı isə xəsarət alıb.

Həmin şəxslər səhər saatlarında Gəncədən Şəmkirə çalışdıqları məktəbə işə gedirmişlər.

12:11

Şəmkirdə minik maşının aşması zamanı ölən və xəsarət alanların adları məlum olub.

Milli.Az unikal.az-a istinadən xəbər verir ki, ölən şəxs avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü H.İsmayılovadır.

Xəsarət alanlar sürücü 2001-ci il təvəllüdlü Ş.Hüseynova və avtomobildə olan sərnişin 2021-ci il təvəllüdlü Əlidir.

Qeyd edək ki, qəzada ölən H.İsmayılova və xəsarət alan Ş.Hüseynova Şəmkir rayonun Dəllər Cırdaxan kənd orta məktəbinin müəllimləri olub.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkirdə yol qəzası olub, qadın sürücü ölüb.

Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı qadın sürücü hadisə yerində ölüb, sərnişin olan azyaşlı oğlan isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.