Xaricdə iş tələləri – Vətəndaşlar necə aldadılır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tez-tez qarşımıza xaricdə iş təklif edən şirkətlərin elanları çıxır. Bunlar arasında saxta olanlar da az deyil. Bəzi hallarda vətəndaşlar dələduzların tələsinə də düşürlər.
Milli.Az xəbər verir ki, Trend-ə açıqlama verən insan resursları üzrə mütəxəssis Vəfa Mehdiyeva bildirib ki, son illər bu tip elanların artması təkcə texnologiyanın inkişafı ilə deyil, həm də vətəndaşlarımızın xaricdə daha yaxşı həyat arzusu ilə bağlıdır:
"Təəssüf ki, bu arzular bəzən fırıldaqçıların fürsətinə çevrilir. İnsanlar çox zaman rəsmi sənədləşmədən, müqavilə imzalamadan, araşdırma aparmadan bu elanlara inanır və nəticədə aldadılırlar. Ən təhlükəli məqam isə budur ki, bu dələduzluqlar yalnız maddi zərər yaratmır - insan alveri, məcburi əmək və hətta hüquqsuz vəziyyətdə qalmaq kimi ciddi problemlərə gətirib çıxara bilər. Bu səbəbdən məsələyə təkcə "iş" yox, insan təhlükəsizliyi kontekstindən baxmalıyıq.
Ən başlıca addım məlumatlı olmaqdır. İnsanlar xarici ölkəyə işləməyə getməzdən əvvəl təklif edən şirkətin lisenziyasını və vergi qeydiyyatını yoxlamalı, rəsmi müqavilə imzalanmadan heç bir sənədi təqdim etməməli, "ilkin ödəniş" tələb edən elanlardan uzaq durmalıdırlar. İş şərtləri, maaş, yaşayış yeri, viza və icazə sənədləri yazılı şəkildə təqdim olunmalıdır. Bu çağırışın arxasında dövlətin bu sahəyə verdiyi önəmi görürük. Ancaq dövlət siyasəti ilə yanaşı, vətəndaşın fərdi məsuliyyəti də həlledicidir.
Ən çox rast gəlinən üsullar arasında "viza və yol xərcləri bizdən" deyə yalan vəd vermək; "təcili işçilər lazımdır, sabaha sənəd göndərməlisən" kimi tələsdirici manipulyasiya yaratmaq, "əvvəlcə az miqdarda ödəniş et, sonra sənədləri göndərək" kimi aldadıcı rüsum istəmək, sosial şəbəkədə saxta profillər və saxta uğur hekayələri paylaşmaq kimi üsullar yer alır. Təklif nə qədər cazibədardırsa, bir o qədər şübhəli olmalıdır. Reallıqda heç bir xarici işəgötürən sənədsiz, vizasız, zəmanətsiz işçi qəbul etmir.
Müsahibimiz bildirib ki, rəsmi müqavilə əsas hüquq təminatıdır:
"Müqavilə vətəndaşla işəgötürən arasında qanuni əlaqəni tənzimləyir. Əgər müqavilə yoxdursa, işçi maaş ala bilmədikdə hüquqla onu tələb edə bilməz, heç bir sosial təminat (məsələn, tibbi sığorta, icazə günləri) olmur, əmək istismarı və ya hüquq pozuntusu halında hüquqi müdafiə mümkün olmur. Bu səbəbdən, hər bir vətəndaş çap olunmuş, rəsmi möhürlü və iki dildə tərtib olunmuş müqavilə ilə təmin olunmalıdır. Əgər vətəndaş aldadılıbsa, bu zaman ilk olaraq Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa müraciət edilməlidir.
Bu sahədə maarifləndirmə tədbirləri yalnız birdəfəlik tədbirlərlə deyil, davamlı və strateji şəkildə həyata keçirilməlidir. Məktəblərdə və universitetlərdə mühazirələr və seminarlar təşkil olunmalı, TV proqramları, sosial videoçarxlar və real hekayələr əsasında maarifləndirmə tədbirləri keçirilməli, əmək və məşğulluq mərkəzlərində təlim kursları və hüquqi məlumatlar verilməlidir".
"İnsanlar arzularının qurbanına çevrilməməlidirlər. Xaricdə yaşamaq və işləmək gözəldir, amma bu yolda yoxlanmamış qapılardan keçmək təhlükəlidir. Mən tövsiyə edirəm ki,heç vaxt ilkin ödəniş etməyin, müqavilə oxumadan imza atmayın, rəsmi dövlət orqanları və hüquqşünaslardan məsləhət alın", - o əlavə edib.
Mövzu ilə bağlı Trend-ə danışan vəkil Emil Aslanov isə bildirib ki, həmin şirkətlər əvvəlcə internet informasiya sistemindən araşdırılmalıdır:
"Şirkətin tanınmış, nüfuzlu şirkət, yaxud dələduz olması əvvəlcə buradan bilinə bilər. Bundan əlavə, sözügedən şirkətlə müqavilə bağlanılmalıdır. Bu müqavilədə şəxsin hansı ölkədə fəaliyyət göstərəcəyi, nə qədər maaş alacağı, göstərilməlidir".
E.Aslanov bildirib ki, vətəndaşlar müqavilə bağlayan zaman da diqqətli olmalıdırlar:
"Əgər şəxs müqavilə bağladıqdan sonra belə aldadılırsa, burada dələduzluq cinayətinin tərkibi yaranır. Bu zaman şirkətin niyyəti şəxsi işə götürmək yox, pulunu ələ keçirmək olur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ceyhun Bayramovdan diqqətəlayiq jest - (Video)
-
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)
-
Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)
XƏBƏR LENTİ
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ceyhun Bayramovdan diqqətəlayiq jest - (Video)
-
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)
-
Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)
-
Ceyranbatanda məktəbdə bir neçə şagird rotavirusa yoluxub - Yenilənib
-
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir
-
Xətai və Suraxanıda qaz olmayacaq
-
Məşq zamanı vəfat edən Rəsulun (Fotosu)
-
Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
-
Xalq artisti Zaur Rzayev vəfat edib
-
Prezident Türkiyəyə niyə getmədi?
-
Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb - (Foto)
-
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
-
Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib
-
Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - (Foto)
-
Ərinin ölümünə görə Kliniki Tibbi Mərkəz və “Avropa Beynəlxalq Hospital”dan təzminat aldı
-
Ukraynada rusdilli mahnılar qadağan edilə bilər
-
Türkiyənin XİN rəhbəri ABŞ-a səfər edəcək
-
Siyəzəndə faciə: 11-ci sinif şagirdi motosikletlə evə çırpıldı
-
İrəvandan havaya qalxan təyyarə təhlükə siqnalı verdi
-
İlham Zəkiyev: “Gözlərim açılanda ilk övladlarımı görmək istərdim” (Video)
-
Məktəbdə jurnalistlərə hücumla bağlı cinayət işi başlandı





