Ölkə

Bakıda məktəbdə insident - Şagirdlər mühafizəçiyə hücum çəkdi

7 İyun 2025 14:54
Baxış: 762
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Xətai rayonunda yerləşən 207 nömrəli tam orta məktəbdə xoşagəlməz hadisə baş verib. 

Milli.Az news24.az-a istinadən xəbər verir ki, hadisə iyunun 5-də axşam saatlarında qeydə alınıb.

İlkin məlumata görə, məktəbin 11-ci sinif şagirdləri "Son zəng" günü münasibətilə rəqs məşqi etmək üçün məktəbə gəliblər. Lakin məktəbin mühafizəçisi onların məktəb həyətinə daxil olmasına icazə verməyib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb.

Hadisənin gedişində şagirdlərdən birinin mühafizəçinin üzərinə bıçaq çəkdiyi iddia olunur. 

Qeyd edək ki, ötən ay sosial şəbəkələrdə Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb. İddialara görə səs yazısında direktor "Son zəng" üçün pul yığılmasını tələb edib və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini deyib. Daha sonra direktor vəzifəsindən azad edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.