Dünya

Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu

7 İyun 2025 20:45
Baxış: 731
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrəvanda dilin tam qrammatikasını özündə əks etdirən və yeni başlayanlar üçün nəzərdə tutulmuş yeni Azərbaycan dili dərsliyi nəşr olunub.

Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı xarakteri və erməni tərəfinin maraq dairəsi nəzərə alınaraq, dərslikdə əsasən hərbi, siyasi və diplomatik sahələrə aid lüğət və mətnlər yer alıb. Kitaba erməni-azərbaycanca və azərbaycanca-ermənicə lüğətlər də əlavə olunub.

Dərsliyin müəllifi əslən Ağdərədən olan Aşot Movsisyandır. İxtisasca şərqşünas və türkoloqdur. Kitabın redaktoru filologiya elmləri namizədi, dosent, şərqşünas Artyom Tonoyandır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.