Ölkə

Azərbaycanda zəlzələ oldu - yenilənib

5 İyun 2025 00:06
Baxış: 2 521
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

00:06

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 04.06.2025-ci il tarixində yerli vaxtla saat 23:32-də Lerik rayonu ərazisində 17 km dərinlikdə 3.6 maqnituda zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

---------
23:43

Lənkəranda zəlzələ olub.

Milli.Az-ın verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla 23:34 radələrində baş verib.

Zəlzələ təqribən 3-4 bal gücündə hiss edilib.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.