Ölkə

Baş nazir bu qurumun işçilərinin maaşı ilə bağlı qərar imzaladı

19 May 2025 13:00
Baxış: 4 006
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi ilə bağlı bir sıra məsələlər təsdiq edilib.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı muxtar respublikanın Baş naziri Ceyhun Cəlilov qərar imzalayıb.

Qərara əsasən, Mərkəzin strukturu, işçilərinin say həddi, onların əməkhaqlarının məbləği (vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar və digər ödənişlər) təsdiqlənib. Mərkəzin ştat cədvəlinin təsdiq edilməsi haqqında 135 nömrəli Qərarının 1-ci hissəsi isə ləğv edilib.

Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi 2020-ci ildə publik hüquqi şəxsə çevrilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.