Ölkə

Qazimiz xərçəngdən vəfat etdi - FOTO

22 Aprel 2025 18:19
Baxış: 350
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İkinci Qarabağ müharibəsinin iştirakçısı Həsənov Toğrul Nizaməddin oğlu ölümcül xəstəlikdən vəfat edib. 

Milli.Az "Unikal"a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü T.Həsənov Ucar rayonunun Təzə Şilyan kəndində dəfn olunub. 

Ailəsinin saytımıza verdiyi məlumata görə, o, müharibənin gedişatında yaralanıb, sağaldıqdan sonra yenidən aktiv döyüşlərə qatılıb. Vətən müharibəsi iştirakçısına "Müharibə veteranı" adı verilsə də, ona yaralandığına görə qazilik təyin edilməyib. 

Həmçinin bildirilib ki, müharibədən sonra aldığı travmalara görə öz hesablarına Türkiyədə müalicəyə göndərilib. Lakin son bir ildə xərçəng xəstəliyinə tutulub. T.Həsənov elə bu səbəbdən dünyasını dəyişib. 

Toğrul ailənin yeganə oğlu olub. 2 azyaşlı övladı var. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.