Ölkə

Sabah bu ərazilərdə qaz olmayacaq

22 Aprel 2025 19:16
Baxış: 1 693
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində və Sumqayıt şəhərində görüləcək təmir işləri ilə əlaqədar 23.04.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə Milli.Az-a "Azəriqaz" İB-dən bildirilib.

Təmir-bərpa işləri aparılan müddətdə Sabunçu rayonu üzrə S.Cabbarov, H. Cavid, İnşaatçılar, T. Mustafayev, Hacinski,  Anapli, Dostayevski, M.Maqamayev, Arasli, Q.Qarayev, N. İsmayılov, Ş.Kamilov, A. Pəri, Novruz, Axundzadə, Bakıxanov küçələrinin, Sumqayıt şəhəri üzrə isə 76-cı məhəllənin, Ceyranbatan qəsəbəsinin bir hissəsinin, MTN və Metallurq bağları ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.