Ölkə

Eldar Əzizovdan təklif: "Girişə məhdudiyyət qoyulsun"

21 Aprel 2025 10:09
Baxış: 1 731
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Güclü yağıntılar zamanı təhlükəni minimuma endirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müvəqqəti tədbir kimi leysanlar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmasını təklif edib.

APA xəbər verir ki, bu barədə Eldar Əzizov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu addım xüsusilə nəqliyyat infrastrukturunun həssas hissələrində vətəndaşların həyatına və əmlakına olan təhlükəni müəyyən dərəcədə azaltmağa xidmət edə bilər.

"Şəhər öz inkişafının yeni mərhələsinə qədəm qoyur və bu prosesin əsas tərkib hissələrindən biri də yağış və kanalizasiya sistemlərinin modernləşdirilməsidir. Bu baxımdan obyektiv desək, hazırda bu kimi halların təkrar yaşanmasından sığortalanmamışıq," - deyə İcra Hakimiyyətinin başçısı vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.