Ölkə

“TikTok”da tanımadığı qadının adına əxlaqsız səhifə açan Cavad həbs edildi

9 Aprel 2025 19:24
Baxış: 663
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"TikTok"da əvvəllər tanımadığı qadının fotolarından istifadə edərək əxlaqsız məzmunlu səhifə yaradan şəxs həbs edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsinin hökmü ilə Göygöl rayon Qırıxlı kənd sakini olan 32 yaşlı Cavad Əliyevə 3 il 6 ay həbs cəzası verilib.

Məlum olub ki, əvvəllər oğurluq və qəsdən sağlamlığa ağır zərər vurma kimi əməllərə görə tutulmuş Cavad sosial şəbəkədə təsadüfən L. Abdullayevaya (şərti) məxsus səhifəni görüb. O, qadının fotolarını götürərək əxlaqsız məzmunlu yeni səhifə yaradıb, həmin şəxsin 100 manat müqabilində görüşdüyünü yazıb. L. Abdullayeva bundan xəbər tutduqdan sonra Cavada yazaraq səhifəni bağlamasını tələb edib. Cavad isə səhifəni deaktiv etmək müqabilində dəyəri 54 dollar olan jeton göndərməsini deyib, əks halda səhifəni silməyəcəyini və onu daha da rüsvay edəcəyini bildirib.

Məsələ ilə bağlı polisə müraciət edildikdən sonra Cavad Əliyevin şəxsiyyəti müəyyənləşdirilib və ona Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb.

Qeyd edək ki, daha əvvəllər də sosial şəbəkələrdə qadınların görüntülərini götürüb əxlaqsız səhifələr yaradan şəxs məsuliyyətə cəlb edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.