Ölkə

Bakıda 27 yaşlı oğlanı qətlə yetirən xalası oğlu tutuldu

9 Aprel 2025 16:53
Baxış: 568
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda 27 yaşlı kişini qətlə yetirib qaçmaqda şübhəli bilinən şəxs tutulub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, aprelin 7-də Qaradağ rayonu, Sahil qəsəbəsində 1998-ci il təvəllüdlü Nail İltifat oğlu Həsənovu qətlə yetirməkdə təqsirləndirilən xalası oğlu, 1986-cı il təvəllüdlü Hüseyn Əvəz oğlu Şirinovun yeri müəyyən edilib. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində artıq hadisəni törədən şəxs saxlanılaraq istintaqa təqdim edilib.

Hazırda Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.