Ölkə

Külli miqdarda borcu olan klinikanın sahibi dəyişdi

6 Aprel 2025 08:55
Baxış: 966
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Regional Hospital" MMC-nin qanuni təmsilçisi dəyişib.

Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, hospitalın hazırda qanuni təmsilçisi Fərid Dilbazi oğlu Hüseynovdur.

O, bu vəzifədə Eldəniz Mübariz oğlu Daşdəmirovu əvəzləyib.

Bununla yanaşı hospitalın dövlət qarşısında mövcud olan külli miqdarda vergi borcu demək olar ki, hər ötən gün bir qədər də artır. Hazırda MMC-nin vergi borcunun miqdarı 698 250,04 manat təşkil edir.

Qeyd edək ki, "Regional Hospital" MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.