Ölkə

Müavinət və təqaüdlər artırılacaq - Bu tarixdə

6 Aprel 2025 11:33
Baxış: 5 183
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Pensiya müavinətdən həmişə yüksək olub. Çünki vətəndaş vaxtilə işləyib gəlirlərindən sığorta haqqı ödəyir və gələcəkdə də həmin sığorta haqqının müqabilində pensiya ilə təmin olunur. Əgər Dövlət Sosial Müdafiə Fonduna heç bir töhfə verməyib, yəni sığorta haqqı ödəməyib və yaxud da az müddət ərzində işləyibsə, həmin şəxslərin pensiya hüququ yaranmadıqda, onlara sosial yardım məqsədilə müavinət verilir".

Milli.Az xəbər verir ki, bunu İTV-yə açıqlamasında DSMF-nin Pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov bildirib.

Onun sözlərinə görə, ölkə prezidentinin sərəncamına əsasən müavinətlərin məbləğinə yenidən baxılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib:

"Üç ay müddət verilib. Artıq üç ay tamam oldu. Yəqin ki, aprel ayından həmin məbləğə yenidən baxılıb, müavinətlər və təqaüdlərin də artırılması gözlənilir"./Metbuat.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.