Gəncədə qadın yol qəzasında xəsarət alıb.
Milli.Az-ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki hərəkətdə olan "VAZ 2107" ilə evakuator toqquşub. Qəza zamanı 1993-cü il təvəllüdlü K.Quliyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. (Unikal)
Milli.Az