“Özüm də penalti qaçırmışam” - Rəşad Sadıqov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, "Zirə" Azərbaycan Premyer Liqasının 29-cu turunda səfərdə "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub.
Milli.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- "Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bizim üçün ağır oyun oldu. "Qarabağ"a qarşı oyunlar asan keçmir. Rəqib bu gün ən güclü heyəti ilə çıxış edirdi. Bu, işimizi daha da çətinləşdirirdi. Futbolçularım yaxşı mübarizə apardılar. Matç rəqibin üstünlüyü ilə keçirdi. Bunu oyundan əvvəl də bilirdik. Etibarlı müdafiə olunaraq, daha çox əks-hücumlara bel bağlayırdıq. Futbolçularımdan razı qaldım. Beşinci oyundur ki, "Qarabağ" standart vəziyyətdən bizə 9-cu qolu vurur. Bunun qarşısını ala bilmirik. Futbolçularımı təbrik edirəm. İnanırdılar, mübarizə aparırdılar. Çox yaxın idik bərabərliyə. Bu gün buradan məğlub hissi ilə ayrılmıram. Bərabərliyə layiq idik. Qarşıdakı matçlara baxacağıq, var gücümüzlə vacib görüşlərə hazırlaşacağıq".
- Penaltini qaçıran futbolçunu bağışlamaq olar?
- "Niyə olmur? Özüm də qaçırmışam, usta futbolçular da qaçırıb. Başqa epizodlar da var idi ki, qaçırdıq. Oyunumuz bir penalti ilə bağlı deyildi. "Qarabağ" böyük təzyiqlə oynayır. Buradan 1 xalla ayrılmaq olardı. Futbolçularımı məğlub olmamış kimi görürəm".
- Ötən mövsüm avrkuboklarda gördük ki, penaltini vurmaqda çətinlik çəkən oyunçular var. Bununla bağlı xüsusi məşqlər keçirsiniz?
- "Penaltinin xüsusi məşqi yoxdur. Məşqlərdə 10 penaltini vururdum. Amma oyun zamanı böyük həyəcan olurdu. Qismət yaxşı zərbə vurdu. Son dəqiqələr idi, bəlkə təzyiq var idi. Qismət komandada kritik və uğurlu penaltilər yerinə yetirib. Penalti üzərində çox dayanmaq istəmirəm".
- Bu mövsüm Yusuf Lavalı görə biləcəyik?
- "Müalicəsi gedir. Ola bilsin ki, son turlara yetişsin. Necə hazır olacaq, onu zaman göstərəcək. Əməliyyat edilib, bərpası gedir".
- "Zirə" yaranandan bu günə qədər ən yaxşı formasındadır. Son matçlarda stabil oynayırsız. Bu stabilliyi sona qədər saxlamaq olacaq?
- "Zaman göstərəcək. Stabil oynamamışıq. 1-ci dövrənin sonu, 2-ci dövrənin əvvəlində uğursuzluq var idi. Çempionatımızda qələbə qazanmaq çətindir. Bundan sonrakı matçlar vacibdir. Hər oyunda güc sərf etməliyik. Mənim üçün vacib olan oyunun stabilliyidir. Gələcəklə bağlı danışmaq çətindir".
- Gedişat onu göstərir ki, avrokuboklara gedəcəksiz. Bu heyət avrokuboklar üçün yetərlidir, yoxsa əlavələr olmalıdır?
- "Bir şey bitməmiş, rəsmiləşməmiş o mövzuları danışmıram. Doğru olmaz. Avrokuboklara vəsiqəni təmin etdiyimizi deməzdim. Evdə güclü rəqiblərlə oynayacağıq. Heç bilmirəm avrokubokların birinci oyunu nə vaxtdır. Ona da baxmamışam. Allah nəsib edər düşərik, sonra bu haqda danışarıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
-
Kamboca Krallığının Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
-
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
-
Neftin qiyməti kəskin ucuzlaşdı
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)





