Ölkə

Nazirliyi məhkəməyə verən müəllim uduzdu

4 Aprel 2025 11:40
Baxış: 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sertifikasiya prosesində uğur qazana bilmədiyi üçün əmək müqaviləsinə xitam verilmiş, Laçın rayon 9 nömrəli tam orta məktəbinin keçmiş Azərbaycan dili və ədəbiyyat müəllimi Qədirova Şəlalə Kərim qızı imtahanın nəticələri ilə razılaşmayaraq məhkəməyə müraciət edib.

Milli.Az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, o, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı "31 avqust 2023-cü il tarixində keçirilmiş sertifikatlaşdırma imtahanının və 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanının nəticələrinin iddiaçıya aid hissədə ləğv edilməsi" tələbi ilə Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb.

"Məhkəmənin qətnaməsi ilə onun iddiası təmin olunmayıb", - deyə məlumatda qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.