Müharibə caniləri layiq olduqları cəzalara məhkum ediləcəklər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
BMT-nin İnsan hüquqları üzrə Şurasının 58-ci sessiyasındakı çıxışında təşkilatın İnsan hüquqları üzrə ali komissarı, avstriyalı hüquqşünas Volker Türk qeyd etmişdir ki, "Azərbaycanda "özbaşına" saxlanılan şəxslərin hamısı, o cümlədən etnik ermənilər, dərhal azad edilməli və ədalətli məhkəmə hüququna tam riayət olunmalıdır".
Selektiv yanaşmaları və ikili standartları əks etdirən açıqlamaları yuxarıda qeyd etdiyim şəxs həmçinin 26 sentyabr 2023-cü ildə Qarabağda lokal anti-terror əməliyyatı keçiriləndən sonra səsləndirərək göstərmişdir ki, "yerlərdə baş verənlərdən, xüsusilə də hərbi gücün mülki əhaliyə qarşı yenidən tətbiqinin nəticələrindən çox narahatam".
Sual olunur ki, nə vaxtdan bir qrup separatçı və terrorçu "dinc, mülki əhali" olub? İkinci Qarabağ müharibəsi zamanı münaqişə zonasından əhəmiyyətli dərəcədə aralıda yerləşən Gəncə şəhərinə, Bərdə rayonuna, Azərbaycanın digər yaşayış məntəqələrinə çoxsaylı insan təlafatı və mülki infrastrukturun məhv edilməsi ilə nəticələnən, qadağan olunmuş kasset sursatları və ballistik raketlərlə zərbə endirilən zaman bu "hüquq müdafiəçisi" haradaydı?
Əgər BMT sistemində yüksək vəziyə tutan şəxs beynəlxalq humanitar hüquq barəsində məlumatlı deyilsə, xatırlada bilərəm ki, Erməmistanın 6 iyun 1993-cü idə qoşulduğu Dördüncü Cenevrə Konvensiyası silahlı münaqişə dövründə "terror tədbirlərini" gəti qadağan edır. Bundan əlavə Cenevrə Konvensiyalarına I saylı Əlavə Protokolun 51-ci maddəsində nəzərdə tutulur ki, "əsas məqsədi mülki əhali arasında qorxu yaratmaq olan zorakılıq xarakterli terror hərəkətləri və ya zorakılıqla hədələmə qadağandır". Beynəlxalq humanitar hüququn başlıca prinsiplərini kobud formada pozan Ermənistan cinayətkar əməllərinə görə məsuliyyət daşıyır.
Bu gün məhkəmə kürsüsündə əyləşən və ən ağır beynəlxalq cinayətlər - soyqırım, insanlıq əlehinə cinayətlər, müharibə cinayətləri törədən canilərin müdafiəsinə qalxan BMT-nin İnsan hüquqları üzrə ali komissarı Volker
Türk kimə xidmət edir?
Əyər biz bu gün tarixi anlogiyalara müraciət etsək, absurd mənzərənin şahidi oluruq. Ali Komissarın məntiqindən çıxış etsək belə çıxır ki, İkinci dünya müharibəsi zamanı yaxud keçən əsrin ikinci yarısında müharibə cinayətləri və insanlıq əlehinə cinayətlər törətmiş, Nüremberq Beynəlxalq hərbi tribunalı yaxud Haaqada yerləşən və artıq fəaliyyətini bitirmiş Yuqoslavia üzrə ad hoc Beynəlxalq tribunalı tərəfindən mühakimə edilən şəxslər azad edilməlidir?
Beynəlxalq miqyasda hüququn aliliyinin təmin olunması bütün hərbi canilərin cinayət məsuliyyətinə cəlb olunması və cəzalandırılmasını tələb edir və Azərbaycan bu fundamental missiyanı həyata keçirərək, bütöv bəşəriyyəti təmsil edir. Heç kəs unutmamalıdır ki, soyqırım, müharibə cinayətləri və insanlıq əlehinə cinayətlərin təqibində beynəlxalq birliyin bütövlükdə hüquqi maraqları mövcuddur.
Nizami Səfərov, Milli Məclisin deputatı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nazpəri Dostəliyeva 5 il əvvəl çıxdığı işə qayıdır?
-
Biləsuvarda motosikletlə yük maşını toqquşub, ölən var
-
Tovuzda hamilə qadın bıçaqlandı - qardaşı saxlanıldı - Yenilənib
-
Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - (Foto)
-
“Obitus” filminin qala gecəsi Park Cinema Flame Towers kinoteatrında baş tutacaq
-
Əyyub Quliyevin rəhbərliyi ilə Dövlət Kamera Orkestrinin konserti keçirildi - (Foto)
XƏBƏR LENTİ
-
Nazpəri Dostəliyeva 5 il əvvəl çıxdığı işə qayıdır?
-
Biləsuvarda motosikletlə yük maşını toqquşub, ölən var
-
Tovuzda hamilə qadın bıçaqlandı - qardaşı saxlanıldı - Yenilənib
-
HONOR Çində bazara liderlik edir: Magic9 seriyası uğurun əsas hərəkətverici qüvvəsidir
-
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb - (Video)
-
Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli
-
Makron özünü gülünc duruma saldı - (Foto)
-
Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - (Foto)
-
“Obitus” filminin qala gecəsi Park Cinema Flame Towers kinoteatrında baş tutacaq
-
Əyyub Quliyevin rəhbərliyi ilə Dövlət Kamera Orkestrinin konserti keçirildi - (Foto)
-
Deputatlar üç gün toplaşacaq: Büdcə, pensiya və sosial ödənişlərlə bağlı qərarlar
-
Obitus filminin Qala Gecəsi Park Cinemada
-
ADY oktyabrda rekord sayda sərnişin daşıyıb
-
Əməkdar artist: "Elə bilirdilər ayaqlarım əyridir ki, uzun geyinirəm"
-
Külək güclənəcək - Xəbərdarlıq verildi
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Özcan Deniz Park Cinemaya gəlir!
-
Sofiyada “Azərbaycan Xalçaları Həftəsi” keçirilib: milli irsimiz Bolqarıstanda geniş şəkildə təqdim olunub - (Foto)
-
"Mingəçevir" komandası baş məşqçisi Elman Sultanovla yollarını ayırıb
-
Cəlil Məmmədquluzadənin “Kamança” pyesinin motivləri əsasında “Kamança 20/20” adlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
“Mançester Yunayted”in baş məşqçisi açıqlandı
-
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu oldu
-
Aysun yenicə əməliyyatdan çıxmış bacısı Yana ilə: "Sonra da deyirlər ki, küsülüyük” - (Video)
-
Azərbaycan XİN BƏƏ-də baş vermiş yol qəzası ilə bağlı başsağlığı verib





