Dövlət Komissiyası DNT nümunəsi verməmiş itkinlərin yaxınlarına çağırış edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Dövlət Komissiyası 2014-cü ildən etibarən itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin toplanması işini həyata keçirir. Bu proses nəticəsində 3 700-dən çox itkin şəxslə bağlı 11 mindən artıq donordan, yəni onların yaxın qohumlarından bioloji nümunələr toplanıb sistemləşdirilib".
Milli.Az xəbər verir ki, bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O qeyd edib ki, Vətən müharibəsindən əvvəl bioloji nümunə verməyə tərəddüd etmiş insanlar, xaricdə olduğu üçün müraciət edə bilməyən şəxslər hazırkı prosesdə, eyni zamanda, artıq itkin düşmüş şəxslərin bir qisminin taleyi müəyyən olunandan sonra ümidlənərək müraciət etməyə başlayıblar.
"Sözsüz ki, onlardan bioloji nümunələrin götürülməsi aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi üçün vacib xarakter daşıyır.
Ancaq qeyd etmək istəyirəm ki, bu sahədə çətinliklərimiz də var. Prosesə 2014-cü ildən başlanılmasına baxmayaraq, hələ də itkin ailələrinin bir qismi yumşaq ifadə etsək, bioloji nümunə verməkdən yayınır. Məsələ ilə bağlı dəfələrlə inzibati qaydada və mətbuat vasitəsilə vətəndaşlara müraciət edilib. Mən fürsətdən istifadə edərək DNT nümunəsi verməmiş vətəndaşlarımıza bir daha müraciət etməyi zəruri hesab edirəm: Hörmətli itkin ailələri, itkin düşmüş şəxslərin taleyinin müəyyən olunmasında çox vacib amil olduğu üçün Sizlərdən bir daha Dövlət Komissiyasına yaxınlaşaraq DNT nümunələr verməyinizi xahiş edirik.
Xüsusilə qeyd etmək lazımdır ki, toplanmış bioloji nümunələrinin DNT profilləri Dövlət Komissiyasının sədri cənab Əli Nağıyevin müraciətinə əsasən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsində yaradılmış Genetik araşdırmalar mərkəzində arxivləşdirilir. İtkin ailələrindən DNT nümunələrinin götürülməsi və insan qalıqlarının eyniləşdirilməsi ilə bağlı molekulyar-genetik ekspertiza da DTX-nin Hərbi-tibb baş idarəsinin Genetik araşdırmalar mərkəzində həyata keçirilir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Evin bazarlığını, heç bir işini etmirəm”
-
Azərbaycan pavilyonu WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində fəaliyyətə başlayıb - FOTO
-
Emil Bədəlov villa tikdirir
-
Bir mövsümdə iki ölkənin çempionu oldu
-
77 yaşlı xalq artistinin görünüşü müzakirələrə səbəb oldu - FOTO
-
İzzət Bağırovun təmtəraqlı ad günü - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
“Evin bazarlığını, heç bir işini etmirəm”
-
Həyatında yeni səhifə açılacaq BÜRClər: Bu tarixdən...
-
Günorta yuxusunun faydaları: Qısa istirahət sağlamlığa necə təsir edir?
-
2026 yayının ən dəbli saç trendləri açıqlandı
-
Yorğun oyanırsınız? - Səhərlər 20 dəqiqə bunu edin
-
Bu yaşlarda bədəndə ciddi dəyişikliklər başlayır - Alimlər açıqladı
-
Kimyəvi vasitələrə son - List üsulu ilə soba yağlarından birdəfəlik qurtulun
-
Joze Mourinyodan “Real Madrid”ə ağır şərtlər
-
İran öz qanuni hüquqlarını müdafiə etməkdən geri çəkilməyəcək - Pezeşkian
-
Yuxuya getmək gnında gözümüzə görünənlərin səbəbi məlum oldu
-
Azərbaycan pavilyonu WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində fəaliyyətə başlayıb - FOTO
-
Emil Bədəlov villa tikdirir
-
Bir mövsümdə iki ölkənin çempionu oldu
-
İlham Əliyev və Mehriban Əliyevanın adından WUF13-də iştirak edən dövlət başçılarının şərəfinə rəsmi ziyafət verilib - VİDEO - FOTO
-
Günün qoroskopu: Maliyyə məsələlərində gözlənilməz xərc çıxa bilər
-
77 yaşlı xalq artistinin görünüşü müzakirələrə səbəb oldu - FOTO
-
Mətbuat konfransında gərginlik: Luis Enrikedən gözlənilməz reaksiya
-
Tramp: İrana sabah zərbə endirəcəkdik...
-
İzzət Bağırovun təmtəraqlı ad günü - VİDEO - FOTO
-
Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər
-
Xameneinin vəziyyəti açıqlandı
-
"Bağışlayın nə olar, gənc idim bilməmişəm"
-
Keçmiş məcburi köçkünlərin nəzərinə
-
Türkiyədə dəhşətli qətliam - qarşısına çıxanı güllələdi - YENİLƏNİB





