Azərbaycanda ilk - Meyitdən 3 şəxsə orqan köçürüldü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda ilk dəfə meyit donorun orqanları transplantasiya edilib.
Milli.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nazirliyin tabeliyindəki Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə Kliniki Tibbi Mərkəzdə müalicə alan pasiyentə beyin ölümü diaqnozunun qoyulmasına dair məlumat daxil olub.
Koordinasiya Mərkəzi tərəfindən orqan donorluğu və transplantasiyası prosesinin təşkili və əlaqələndirilməsi üzrə aidiyyəti tədbirlər həyata keçirilib.
Beyin ölümü diaqnozu qoyulmuş vətəndaşın orqanlarının transplantasiyasına ailəsi razılıq verib. Bununla da, orqan donorluğu və transplantasiyası sahəsində müasir Azərbaycan səhiyyə tarixində ilkə imza atılıb.
Meyit donordan götürülmüş qaraciyər Mərkəzi Gömrük Hospitalında, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi peşəkar tibbi heyət tərəfindən hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 12.10.2002-ci il təvəllüdlü Şərifova Mənzər Yaşar qızına köçürülüb.
Gözün buynuz qişası Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ixtisaslaşmış cərrah-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Cəmil Həsənov və peşəkar komanda tərəfindən iki resipiyentə köçürülüb. Onlardan biri Zaqatala, digəri isə Füzuli rayon sakinidir.
Qeyd olunub ki, bu əməliyyatlar yalnız ölkəmizdə deyil, həmçinin Qafqaz regionunda ilk dəfə meyit donordan alınan orqan transplantasiyası əməliyyatlarıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan pavilyonu WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində fəaliyyətə başlayıb - FOTO
-
Emil Bədəlov villa tikdirir
-
Bir mövsümdə iki ölkənin çempionu oldu
-
77 yaşlı xalq artistinin görünüşü müzakirələrə səbəb oldu - FOTO
-
İzzət Bağırovun təmtəraqlı ad günü - VİDEO - FOTO
-
Keçmiş məcburi köçkünlərin nəzərinə
XƏBƏR LENTİ
-
Həyatında yeni səhifə açılacaq BÜRClər: Bu tarixdən...
-
Günorta yuxusunun faydaları: Qısa istirahət sağlamlığa necə təsir edir?
-
2026 yayının ən dəbli saç trendləri açıqlandı
-
Yorğun oyanırsınız? - Səhərlər 20 dəqiqə bunu edin
-
Bu yaşlarda bədəndə ciddi dəyişikliklər başlayır - Alimlər açıqladı
-
Kimyəvi vasitələrə son - List üsulu ilə soba yağlarından birdəfəlik qurtulun
-
Joze Mourinyodan “Real Madrid”ə ağır şərtlər
-
İran öz qanuni hüquqlarını müdafiə etməkdən geri çəkilməyəcək - Pezeşkian
-
Yuxuya getmək gnında gözümüzə görünənlərin səbəbi məlum oldu
-
Azərbaycan pavilyonu WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində fəaliyyətə başlayıb - FOTO
-
Emil Bədəlov villa tikdirir
-
Bir mövsümdə iki ölkənin çempionu oldu
-
İlham Əliyev və Mehriban Əliyevanın adından WUF13-də iştirak edən dövlət başçılarının şərəfinə rəsmi ziyafət verilib - VİDEO - FOTO
-
Günün qoroskopu: Maliyyə məsələlərində gözlənilməz xərc çıxa bilər
-
77 yaşlı xalq artistinin görünüşü müzakirələrə səbəb oldu - FOTO
-
Mətbuat konfransında gərginlik: Luis Enrikedən gözlənilməz reaksiya
-
Tramp: İrana sabah zərbə endirəcəkdik...
-
İzzət Bağırovun təmtəraqlı ad günü - VİDEO - FOTO
-
Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər
-
Xameneinin vəziyyəti açıqlandı
-
"Bağışlayın nə olar, gənc idim bilməmişəm"
-
Keçmiş məcburi köçkünlərin nəzərinə
-
Türkiyədə dəhşətli qətliam - qarşısına çıxanı güllələdi - YENİLƏNİB
-
Məşhur serialın sezon finalının tarixi bəlli oldu





