Ölkə

“Son reysdə Allah cənnətə apardı...” - Hökümənin Etibarı - VİDEO

24 Fevral 2025 07:42
Baxış: 1 875
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Son uçuşa gedəndə yolda mehriban danışa-danışa, şirin dillə apardım ötürdüm ikinci terminala. Saat 6 idi. 12-də yenidən gedib qarşılamalı idim. Qismət olmadı. Son reysdə Allah müşayiət edib cənnətə apardı".

Milli.Az xəbər verir ki, bu sözləri Milli Qəhrəman Hökümə Əliyevanın həyat yoldaşı Etibar Əliyev "İTV Xəbər Yekun"a müsahibəsində deyib.

E.Əliyev müsahibəsində xanımının itkisindən sonrakı həyatını, onunla bağlı xatirələrini bölüşüb.

Qeyd edək ki, Hökümə Əliyeva Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə AZAL-a məxsus "Embraer 190" tipli sərnişin təyyarəsində (red.-Bakı-Qroznı reysini həyata keçirərkən) baş verən qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.