Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
15:02
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən Cəbrayıl şəhərinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.
Trend xəbər verir ki, Cəbrayıl şəhəri bu gün 33 ailə olmaqla, 183 nəfərə qucaq açıb. Şəhərə qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşublar.
Köçürülən ailələrin Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən binalarda məskunlaşması üçün bütün şərait yaradılıb.
Qeyd edək ki, Böyük Qayıdışın əsas komponentlərindən olan dayanıqlı məskunlaşmanın təmin edilməsi çərçivəsində işğaldan azad olunmuş ərazilərə geri qayıtmış keçmiş məcburi köçkünlər, dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsilalanlar da daxil olmaqla, həmin ərazilərdə hazırda 40 minə yaxın insan yaşayır və fəaliyyət göstərir.
07:35
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Milli.Az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 33 ailə - 183 nəfər köçürülüb.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fidan Hacıyeva yubileyini möhtəşəm üç aylıq Beynəlxalq Opera Festivalı ilə qeyd edəcək - (Video)
-
Bakı dünya rəqs bayramına dəvət edir – Eldar Cəfərovun video müraciəti
-
Bakıda iki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
2 mindən çox müəllim MİQ-in müsahibə mərhələsinə buraxılıb
-
Balakəndəki ağır qəzada ölənlərin (Fotoları)
-
İçərişəhərdə utancverici mənzərə ilə bağlı tədbir görüldü - (Foto)
XƏBƏR LENTİ
-
Fidan Hacıyeva yubileyini möhtəşəm üç aylıq Beynəlxalq Opera Festivalı ilə qeyd edəcək - (Video)
-
Bakı dünya rəqs bayramına dəvət edir – Eldar Cəfərovun video müraciəti
-
Bakıda iki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
2 mindən çox müəllim MİQ-in müsahibə mərhələsinə buraxılıb
-
Tramp Gilmanın azadlığa buraxıldığını təsdiqləyib
-
Rusiya “Zaporojstal”a zərbə endirib, 7 nəfər ölüb, 21 nəfər yaralanıb
-
İlham Əliyev və Mehriban Əliyeva Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər (Foto/Video)
-
İlham Əliyev və Mehriban Əliyeva Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar (Foto/Video)
-
UEFA Çempionlar Liqası: "Sabah" - "Orhus" matçı başlayıb
-
İlham Əliyev və Mehriban Əliyeva Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər - (Foto/Video)
-
İlham Əliyev və Mehriban Əliyeva Naxçıvan şəhərində “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar - (Foto/Video)
-
İlham Əliyev Ümummilli Liderin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib (Foto/Video)
-
İlham Əliyev və Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasına səfərə gediblər (Foto/Video)
-
Balakəndəki ağır qəzada ölənlərin (Fotoları)
-
İçərişəhərdə utancverici mənzərə ilə bağlı tədbir görüldü - (Foto)
-
“Euronews” Qəbələ musiqi festivalından reportaj hazırlayıb (Video)
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir - FOTO
-
Nazir Kənan Aşurova yüksək vəzifə verdi
-
Azərbaycan və ABŞ strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə edib (Foto)
-
Andraş Baka Macarıstanın yeni prezidenti seçilib
-
Göygöldə 64 yaşlı kişi çaya düşərək öldü
-
Lənkəranda itkin düşən iki qohumun meyiti meşəlikdən tapıldı
-
Çexiyada quraqlıq kritik həddə çatıb: Çaylar quruyur
-
Bakıda ötən il itkin düşən qadının qətlə yetirildiyi məlum oldu - Oğlu saxlanıldı





