Ölkə

Bu avtobusların hərəkət sxemi müvəqqəti DƏYİŞDİRİLDİ

18 Fevral 2025 19:22
Baxış: 1 045
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nərimanov rayonu, Əliyar Əliyev küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar 17 və 24 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bu barədə Milli.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilir ki, 17 nömrəli marşrut:

"Nəriman Nərimanov" metrostansiyası istiqamətində Fətəli xan Xoyski küçəsi - Əhməd Rəcəbli küçəsi - Təbriz küçəsi ("Nəriman Nərimanov" metrostansiyası) - Əhməd Rəcəbli küçəsi (son dayanacaq);

Yeni Yasamal yaşayış massivi istiqamətində isə Əhməd Rəcəbli küçəsi (son dayanacaq) - Dairəvi hərəkət (Uluqbəy küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi) - Əhməd Rəcəbli küçəsi - Fətəli xan Xoyski küçəsi, daha sonra mövcud sxem üzrə hərəkət edir.

24 nömrəli marşrut:

"Nəriman Nərimanov" metrostansiyası istiqamətində Ziya Bünyadov prospekti - Əhməd Rəcəbli küçəsi - Uluqbəy küçəsi - Ağa Nemətulla küçəsi - Təbriz küçəsi (son dayanacaq);

Qaraçuxur qəsəbəsi istiqamətində isə Təbriz küçəsi (son dayanacaq) - Əhməd Rəcəbli küçəsi - Ziya Bünyadov prospekti, daha sonra mövcud sxem üzrə hərəkət edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.