DYP-dən bu sürücülərə xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Baş DYP İdarəsi meteohəssas sürücülərə müraciət edib.
Milli.Az xəbər verir ki, bu barədə Baş DYP İdarəsi məlumat yayıb.
"Fevral ayının ilk 10 günündə yer kürəsi bir sıra maqnit qasırğalarının təsiri altında olmuş və proqnozlara əsasən bu prosesin ayın sonuna qədər davam etməsi gözlənilir.
Maqnit qasırğaları xüsusilə meteohəssas insanlarda müxtəlif fiziki və psixoloji narahatlıqlara səbəb olur ki, bu da onların sürücülük qabiliyyətinə təsir göstərir.
Son günlər Respublika yollarında baş verən qəzaların təhlili onu dəməyə əsas verir ki, sürücülərin nəqliyyat vasitələrini heç bir real təhlükə və obyektiv səbəb olmadan aşırmaları və ya meneəyə çırpmaları göstərilən hallar səbəbindən baş verib.
Meteohəssas sürücülərə maqnit qasırğasının təsirləri:
* Baş ağrısı və yorğunluq - Maqnit qasırğaları bəzi insanlarda miqren və halsızlıq yarada bilər.
* Diqqət dağınıqlığı və yuxululuq - Sürücülərin reflekslərini zəiflədərək qəza riskini artıra bilər.
* Əsəbilik və emosional qeyri-sabitlik - Həddindən artıq stress və əsəbilik təhlükəli manevrlərə səbəb ola bilər.
* Qan təzyiqində dəyişikliklər - Bu, ürək döyüntülərinin artmasına və ya halsızlığa gətirib çıxara bilər.
Tövsiyələr:
* Vacib deyilsə, sükan arxasına keçməyin.
* Sükan arxasında yorğun və ya əsəbi hiss edirsinizsə, qısa fasilələr verin.
* Diqqət dağınıqlığı hiss edirsinizsə, avtomobili idarə etməkdən çəkinin.
* Hava və maqnit qasırğaları ilə bağlı xəbərləri izləyin və müvafiq tədbirlər görün.
Maqnit qasırğalarının təsiri hər kəsdə fərqli ola bilər, lakin meteohəssas insanlarda bu təsirlər daha güclü hiss olunur.
Unutmayın ki, yol hərəkətində bədən yorğunluğu və ya diqqət dağınıqlığı həm sizin, həm də digər yol hərəkəti iştirakçıları üçün real təhlükə hesab edilir !",- deyə müraciətdə qeyd edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
XƏBƏR LENTİ
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas





