İran Orxan Əsgərovun ailəsinə "qan pulu" təklif edibmiş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın İrandakı səfirliyinə terror hücumundan 2 il ötür. 27 yanvar 2023-cü il tarixində səfirliyimizə hücum edən İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Orxan Əsgərov Bakıdakı İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qatil barəsində ölüm hökmü çıxarılsa da, iki il boyunca icra edilməyib. Hətta bu yaxınlarda onun işi prokurorluğa geri qaytarılıb. Nəhayət iki il sonra edam hökmü Ali Məhkəmə tərəfindən təsdiq olunub. Hökm icra üçün Tehran məhkəməsinə göndərilib.
Milli.Az xəbər verir ki, modern.az-ın məlumatına görə, Orxan Əsgərovun həyat yoldaşı Aynurə Əsgərova açıqlama verib.
Onun sözlərinə görə, bütün ölkələrdə Orxan Əsgərov ailəsi ilə bir yerdə olub:
"Deyirdi ki, sizsiz qala bilmirəm, darıxıram. İrana da getməyimizi istəyirdi, mən razı olmadım. Həm oğlum birinci sinfə başlayırdı, həm də o ölkəni istəmirəm. Heç vaxt orada olmamışam, amma o ölkəyə qarşı mənim yaxşı düşüncələrim yox idi. Digər bütün ölkələrə getmişdik. Moskvada, Kiyevdə, Tbilisidə, İstanbulda yanında olmuşuq", - Aynurə Əsgərova televiziyaya açıqlamasında deyib.
Həyat yoldaşı deyir ki, Orxan Əsgərov öz işi barədə heçnə danışmırdı: "Orada insanların azərbaycanlılara qarşı aqressiyası var idi. Bu da illərdir bilinən bir şey idi. Orxan 11-ci sinfi ABŞ-də bitirib. Daha sonra Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr ixtisasını bitirdi. Bütün gün kitab oxuyurdu, 6 dil bilirdi
O qeyd edib ki, İran "qan pulu" verərək ölüm hökmünün ləğvini istəyib:
"Amma mümkün deyil. İndi də hökm verilib, sadəcə olaraq icrası gözlənilir. Bunun başqa yolu yoxdur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paltardakı ləkələri çıxarmağın sadə yolu
-
Gülləri uzun müddət təravətli saxlamağın sirri açıqlandı
-
62 yaşlı Hülya Avşarın müzakirə yaradan VİDEOsu: Serenayla Merti ƏLƏ SALDI
-
Vahid idarəetmə sistemi qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Günün qoroskopu: artıq hazırırsınız, sadəcə addım atmaq qalır
-
Bakıda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - FOTO
XƏBƏR LENTİ
-
İnəklərin niyə həmişə eyni istiqamətə baxaraq otladığı izah edildi
-
Paltardakı ləkələri çıxarmağın sadə yolu
-
Gülləri uzun müddət təravətli saxlamağın sirri açıqlandı
-
Beynimiz bu yaşdan sonra KİÇİLİRMİŞ
-
Qandakı zərərli yağları azaldan möcüzəvi QİDA
-
Toz və səs-küyü azaltmaq üçün tikinti sahəsini nəhəng qabarcıqlarla örtdülər
-
62 yaşlı Hülya Avşarın müzakirə yaradan VİDEOsu: Serenayla Merti ƏLƏ SALDI
-
Vahid idarəetmə sistemi qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Əli Avropa çempionu oldu
-
FİFA dünya çempionatı ilə bağlı yeni qərar verdi
-
Çin avtomobilləri sınaqdan keçə bilmədi: Alıcılar yenidən "köhnə dostlara" qayıdır
-
Günün qoroskopu: artıq hazırırsınız, sadəcə addım atmaq qalır
-
Bakıda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - FOTO
-
“Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
-
“Hisin-pasın içində can veririk”
-
"Yeni Delta 2026" ekspedisiyasının həyəcan təbili: Xəzərin dibi üzə çıxır - FOTO
-
“Eşref Rüya”da yeni sima - “İhtiyar” - FOTO
-
Valdas Dambrauskas: "Futbolçularım uğura ac idilər"
-
Levandovski fantastik təklif alıb: 90 milyon avro maaş
-
“Koroğlu” körpüsü qəzalı vəziyyətdədir? - Açıqlama
-
“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO
-
Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO
-
Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - FOTO
-
"Sabah" Azərbaycan Kubokunun qalibi olub - YENİLƏNİB





