Beynimiz bu yaşdan sonra KİÇİLİRMİŞ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnsan beyninin 30 yaşdan etibarən kiçilməyə başladığı açıqlanıb.
Milli.Az xəbər verir ki, bu barədə nevrologiya üzrə mütəxəssis Mustafa Seçkin bildirib.
Onun məlumatına görə, "Alzheimer" və demensiyadan qorunmaq üçün "kognitiv ehtiyat"ın gücləndirilməsi böyük əhəmiyyət daşıyır.
Mütəxəssisin sözlərinə görə, tibbdəki inkişaflar insanların ömür uzunluğunu artırsa da, beyin sağlamlığının qorunması getdikcə daha vacib məsələyə çevrilir.
Beynin fiziki dəyişiklikləri 30 yaşdan başlayır, lakin bunun təsirləri əsasən 60 yaşdan sonra hiss olunur:
"60 yaşlar beynin düşüncə və müdriklik baxımından zirvə dövrüdür. Yüngül unutqanlıq olsa da, bu yaşlarda sinaptik sıxlıq yüksək olur"
Mütəxəssis "Alzheimer" xəstəliyinin beyində zülal yığılması ilə başlayan və illərlə gizli davam edən proses olduğunu bildirib. Onun sözlərinə görə, unutqanlıq hər zaman Alzheimer anlamına gəlmir. COVID-19 sonrası yaranan "beyin dumanı", infeksiyalar və bəzi şişlər də oxşar simptomlara səbəb ola bilər.
Nevroloq xəstəliyə qarşı ən güclü müdafiə mexanizminin "kognitiv ehtiyat" olduğunu vurğulayıb.
Bu ehtiyatı artıran əsas faktorlar kimi aşağıdakılar göstərilib:
sosial aktivlik
musiqi alətində ifa etmək
müntəzəm idman
keyfiyyətli yuxu
sağlam qidalanma
Mustafa Seçkin əlavə edib ki, ürək-damar məşqlərinin güc məşqləri ilə birlikdə edilməsi Alzheimerin inkişafını yavaşlatmağa kömək edə bilər. Onun sözlərinə görə, idman zamanı əzələlərdən ifraz olunan bəzi maddələr beynin bərpasına müsbət təsir göstərir.
Mütəxəssis həmçinin eşitmə və görmə problemlərinin də demensiya riskini artırdığını xatırladıb.
Fidan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zığda yaşayış binasındakı yanğın söndürüldü - (Yenilənib)
-
Flora Kərimovanın vəziyyəti açıqlandl
-
Ceyhunun öldüyü dava: Tanınmış idmançı saxlanıldı
-
Premyer Liqa: "Kəpəz" "Şəfa"nı məğlub edib
-
Zeytunla başlayan, musiqi ilə davam edən gün - (Foto)
-
“İspan simfoniyası” virtuoz skripkaçı Elvin Xoca Qəniyevin ifasında Polşada gur alqışlarla qarşılanıb - (Foto/Video)
-
Nev vəfat etdi
-
Türkiyədən Yunanıstana xəbərdarlıq
-
Kiyevdə partlayışlar baş verib
-
Azərbaycan məktəblərində hicab məsələsi türkiyəli jurnalistlə müzakirə olunub
-
Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir
-
Gəncədə 49 yaşlı kişi bıçaqlandı
-
Dilarə Əliyevaya yeni vəzifə verildi
-
Sumqayıtda maşın piyadaları vurdu, sonra yandı
-
Milli Dram Teatrında Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin anım günü keçirilib - (Foto)
-
Xocalının 3 kəndinə 7,3 milyon manat xərclənəcək
-
Hava ilə bağlı xəbərdarlıq edildi
-
Onların maaşına 50 faizədək əlavə veriləcək
-
Kafedəki davada saxlanılan deputat oğlunun fotosu
-
“QƏLƏBƏ NƏĞMƏSİ” - Gəncədə
-
Payızda bu qidaları süfrənizdən əskik etməyin
-
Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir - Kamaləddin Qafarov
-
Bəzi pensiya alanları hansı dəyişikliklər gözləyir?
-
Zeytun Festivalının ikinci günü başladı - (Foto)





